Bakıda çempion oldu, İstanbulda avtomobilində güllələndi

Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb. Sportinfo.az xəbər verir ki, hadisə gecə saatlarında İstanbulda baş verib.

 

İnsidentə avtomobillərə yol verməmək üstündə düşən mübahisə səbəb olub. Nəticədə 31 yaşlı idmançı ayağından güllələnib.

 

Okmeydanında yerləşən xəstəxanalardan birinə çatdırılan pəhləvan əməliyyat olunub və hazırda sağlıq durumu qaydasındadır.

 

98 kq çəki dərəcəsində çıxış edən Cenk İldem 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

 

O, 2010-cu ildə Bakıda, 3 il sonra isə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında da 3-cü yeri tutub.

 

2014-cü ildə Finlandiyanın Vantaa şəhərində təşkil edilən qitə birinciliyində də “bürünc” əldə etmiş pəhləvan, indiyə qədər 2 dəfə dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Tarix: 12 Oktyabr 11:00    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.