"Kəpəz"i tək qoymayan bu insana indi siz də kömək olun!

Adil dayının bir vaxt ağ rəngdə "VAZ 2106"sı var idi. O zamanlar "Kəpəz" müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Adil dayı bölgə təmsilçisi olaraq "Xəzər Lənkəran"a dəstək olurdu. Yadımdadı ki, "Fırtına" fan-klubunun atributları, bayraqları həmişə Adil dayının maşınında daşınırdı.

 

Təmənnasız rayonlar, Lənkərana ev oyunlarına gedirdi. Özü isə taksi sürürdü. Oğlu da futbolçu idi. Adil dayı Rövnəq Abdullayevdən 100 dəfə daha çox Azərbaycan futboluna xidmət edib. Ona dəstək olmaq lazımdır. Elə indi də xəstə olsa belə, "Kəpəz"i stadionda yalnız buraxmırdı. 10 ildir ki, Adil dayını tanıyıram. Gözəl insandır. İnşallah ki, futbolçular, klublar, AFFA Adil dayıya dəstək olar...

 

“Xəmsə” müstəqil fanat klubunun yaradıcısı və rəhbəri, illərdir təmənnasız olaraq Azərbaycan tribunası üçün xidmət etmiş Adil Məmmədovun səhhəti ilə bağlı ciddi problem aşkarlanıb. Bir müddət öncə çənə sümüyündə xərçəng xəstəliyi aşkar edilən Adil Məmmədov əməliyyat və kimyaterapiyadan sonra sağlamlığına qovuşsa da, bu günlərdə xəstəliyin yenidən bərpa olunduğu aşkar edilib.

 

Hazırda işsiz olan Adil Məmmədov maddi sıxıntılar üzündən müalicə xərclərini qarşılamaqda ciddi çətinlik çəkir. Adil dayının sağalmasına və tribunaya qayıtmasına yardım etmək istəyən hər kəs bunu aşağıdakı hesablara pul köçürməklə edə bilər:

 

“Emanat” və “Million” post terminallarında BANK XİDMƏTLƏRİ, daha sonra BANK RESPUBLİKA seçərək və aşağıdakı məlumatları daxil edərək yardımçı ola bilərsiniz!

 

Hesab nömrəsi: 380194401954993901
Şəxsiyyət vəsiqəsi: 135 164 70

 

Elsəvər Məmmədov

Tarix: 12 Oktyabr 10:48    Oxunub: 303    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.