Dmitri Nazarov: "Millidə 10 xal topladığımız üçün çoxlu tərif aldıq"

"Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq”. 

 

Sportinfo.az” xəbər verir ki, bunu “Bild”ə açıqlamasında Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarını dəyərləndirərkən deyib.


27 yaşlı hücumçu son tsikldə Almaniya yığmasına qarşı iki oyun keçirməyin sevindirici hal olduğunu söyləyib. O, bildirib ki, oktyabrın 5-də Çexiya ilə Bakıdakı görüşdə qasıq nahiyyəsindən zədə alıdığı üçün 67-ci dəqiqədə əvəzlənib və 3 gün sonra Bundestimlə səfər matçında 69-cu dəqiqədə meydana daxil olub: “

 

Dünya çempionuna qarşı iki dəfə oynadığımız üçün xoşbəxtik. Qasıq nahiyyəmdə zədə vardı. Ona görə də Almaniyaya ilə görüşdə cəmi 20 dəqiqə meydanda oldum”.


II Bundesliqada “Ertsgebirge Aue”nin formasını geyinən Nazarov oktybarın 15-də “Qröyter Fürt”lə səfərdə keçirəcəkləri X tur görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını söyləyib. 

 

“Ertsgebirge Aue” hazırda 13 xalla 9-cu pillədə qərarlaşıb: “Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidi. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq. Birgünlük məşqə ara vermişəm. “Qröyter”lə qarşılaşmaya hazır olacam”.

Tarix: 12 Oktyabr 10:00    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.