VİDEO: Peru və Kolumbiya razılaşdırılmış matçda şübhəli bilinir

Peru və Kolumbiya razılaşdırılmış matçda şübhəli bilinirlər. Sportinfo.az xəbər verir ki, Peru yığması və Kolumbiya seçməsi dünya çempionatının seçmə yarışının son turunun matçı zamanı heç-heçə haqqında razılaşıblar.


Bu nəticə kolumbiyalılara mundiala birbaşa vəsiqəni, perululara isə Yeni Zelandiyaya qarşı keçid mərhələsi görüşündə iştirakı təmin edib. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə mundiala çıxmaq uğrunda mübarizə hüququ əldə ediblər.


Matçın gedişi zamanı Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman Radamelyu Falkaoya bildirib ki, Braziliya seçməsi Çiliyə 3:0 hesabı ilə qalib gəlir, Venesuela yığması isə Paraqvayın qapısına 1 qol vurub.

 

Falkao Peru komandasının oyunçularına yaxınlaşıb və matçı heç-heçə - 1:1 hesabı ilə qurtarmağı təklif edib.
Peru yığmasının kapitanı Paolo Herrero milli komandaya öz komanda yoldaşlarına matçı sakitcə oynayıb qurtarmağa çağırıb. Oyun beləcə heç-heçə qurtarıb.FİFA-nın hadisənin araşdırılmasına başlayacağı gözlənilir.

 

Tarix: 12 Oktyabr 09:00    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.