"Qorxa və ağlaya bilər, ancaq təslim olmaz, ölənədək mübarizə aparar"

Milli karyerasını baş vurduğunu açıqlayan Çili yığmasının futbolçusu Arturo Vidal qərarını dəyişib. 

 

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi millidəki çıxışını davam etdirəcəyini bildirib. O, bu barədə şəxsti Tvitter hesabında yazıb:

 

“Döyüşçü qorxa və ağlaya bilər, ancaq heç vaxt təslim olmaz və ölənə qədər mübarizə aparmaqdan çəkinməz. Hər bir məğlubiyyətin əvəzi var.

 

İndi bizə çətindi, ancaq bu, hələ son deyil. Biz birlikdə güclüyük, tək-tək yox. Biz Çili əsgərləriyik. İrəli Çili! Gələn döyüşdə görüşənədək”.

 

30 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Braziliyaya uduzaraq mundiala vəsiqə şansını itirdikləri oyundan sonra yığmadan getmək qərarını vermişdi.

Tarix: 12 Oktyabr 08:12    Oxunub: 79    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.