Əyləc işləmədi, avtobus aşdı, komanda üzvlərindən 8-i xəsarət aldı

Meksikanın “Reboseros de la Pyedad” klubunun futbolçularını daşıyan avtobus qəzaya uğrayıb. Sportinfo.az xəbər verir ki, avtobusun aşması nəticəsində futboçu və məşqçi heyətindən azı 8 nəfər xəsarət alıb.

 

Zərərçəkənlərə dərhal yardım göstərilib və həyati təhlükələri yoxdu. İlkin ehtimala görə, hadisəyə nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması səbəb olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

“Reboseros de la Pyedad” Meksikanın ikinci divizionunda mübarizə aparır. Komanda Kuernavaka şəhərində sabah “Alkones Morelos”a qarşı keçirəcəyi səfər oyununa gedirmiş. Lakin qəza səbəbindən oyun təxirə salınıb.

Tarix: 12 Oktyabr 08:00    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.