"Onun anası və mən bu təhqirlərə layiq deyilik"

Çili millisinin üzvü Qari Medel DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Braziliya ilə səfər oyununda bu komandanın hücumçusu Neymar və baş məşqçisi Titeyə qarşı qeyri-etik ifadələr işlədib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Tite Braziliya mətbuatına açıqlamasında məlumat verib. O, “Beşiktaş”lı futbolçunun ona və Neymarın anasının ünvanına təhqiramiz ifadələr işlətdiyini bildirib:

 

“Neymarın anası və mən Medelin etdiyi təhqirlərə layiq deyilik. Oyundan sonra onun yanına getdim. Hər şey bitmişdi, ancaq bu cür vəziyyətlərdə daha diqqətli olmamız gərəkdiyini dedim”.

 

Seçmə mərhələnin son oyununda Braziliya yığmasına 0:3 hesabıyla uduzan Çili millisi DÇ-2018-dən kənarda qalıb.

Tarix: 12 Oktyabr 01:00    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.