"Çatışmazlıqları aradan qaldırmağa çalışacam"

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”.

 

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Mostar”a (Bosniya və Herseqovina) 5:2 hesabı ilə qaldikləri matçdan sonra deyib.
 
Braziliyalı mütəxəssis bildirib ki, çətinliyə baxmayaraq, vacib olan qələbəni qazanıblar: "Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam.

 

Çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.

Tarix: 12 Oktyabr 00:24    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.