“Araz”ın UEFA kubokunun əsas mərhələdəki rəqiblərinin oyununda 7 qol

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun əsas mərhələsində mübarizə apardığı 8-ci qrupda bu gün daha bir oyun baş tutub.

 

Sportinfo.az xəbər verir ki, qrup oyunlarını ev sahibliyi edən Rumıniyanın “Deva” klubu Malta çempionu “St Andreus” komandasının sınağa çəkib. Maraqlıdı ki, bu oyunda da qapılara 7 qol vurub. Sonda meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.

 

Qrupun ilk turunun açılış matçında da “Araz” Bosniya və Herseqovinanın “Mostar” komandasının 5:2 hesabıyla məğlub etmişdik. Azərbaycan çempionu növbəti oyununu sabah Bakı vaxtı ilə saat 17:30-da Malta çempionu “St Andreus” komandasına qarşı keçirəcək.

Tarix: 12 Oktyabr 00:00    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.