"Artıq bütün diqqətimi klubuma yönəltmək istəyirəm"

Hollandiya millisinin aparıcı üzvü Aryen Robben DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirilən matçdan sonra yığma karyerasını sonlandırdığını açıqladı.


Sportinfo.az xəbər verir ki, 33 yaşlı vinqer bütün diqqətini “Bavariya” klubuna yönəltmək istədiyini deyib:


“Mənim üçün özəl və çətin bir qarşılaşma idi. Həmçinin, bu, milli komandadakı son oyunum idi. Artıq bütün diqqətimi klubuma yönəltmək istəyirm”.


Robben milli karyerasını 37 qol və 29 məhsuldar ötürmə ilə tamamladı. Dünən İsveçi 2:0 hesabı ilə məğlub etmələrinə baxmayaraq, hollandlar mundiala vəsiqə qazana bilmədi.

Tarix: 11 Oktyabr 20:48    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.