“Araz” UEFA Kubokuna “Mostar” qələbəsi ilə başladı

Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib. 

 

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyun Azərbaycan çempionunun inamlı qələbəsiylə başa çatıb. 

 

“Araz” – “Mostar” 5:2
Qol: Bolinya, 1 (1:0). Vesiç, 15 (1:1). Bağırov, 16 (2:1). M.D.Silva, 20 (3:1). Atayev, 21 (4:1). M.D.Silva, 26 (5:1). Aladziç, 35 (5:2).
Hakimlər: Tomaş Frak (Polşa), Kiril Naişouler (Finlandiya), Şota Kuxilava (Gürcüstan).

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Telles Tyaqo Bolinya, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 15. Karvalyo dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 18. Ramil Quliyev, 9. Oqtay Rüstəmli.
Baş məşqçi: Alesio da Silva.
“Mostar”: 1. Stanislav Qaliç (q), 2. Saşa Babiç, 5. Deyan Pavloviç, 7. Daniel Marinyo de Souza, 10. Mariyo Aladziç (k), 12. Franyi Sezar (q), 3. Tarik Dzemiç, 4. Kristian Radin, 6. Mirko Hrkaç, 9. Nermin Kahvedziç, 11. Yosip Boşkoviç, 14. Vladan Vesiç, 16. Haris Kaytaz, 17. Samir Qosta.
Baş məşqçi: Daniel Marinyo de Souza.

Tarix: 11 Oktyabr 20:24    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.