Qusar klubunun sponsoru bütün "Şahdağ"sevərləri sevindirdi – YENİLİK!

"Fəaliyyətimizi dayandırmamışıq. Klubumuza sponsorluq edən şirkətin rəhbərliyi ilə 2 gün əvvəl son görüşüm oldu. Onlar qəti şəkildə bildirdi ki, klubun dağılmasını istəmirlər və Qusarda futbolun inkişafına çalışacaqlar".


Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın prezidenti Ərəstun Niftiyev deyib.


AFFA və Peşəkar Futbol Liqasının yaradığı birgə komissiyanın qərarına əsasən, I Diviziona buraxılmayan "Şahdağ" fəaliyyətini dayandırmayacaq.


Böyük ənənələri olan Qusar təmsilçisi yeni yaradılan Regional Liqada mübarizə aparmaq üçün federasiyaya müraciət edib.


Niftiyevin sözlərinə görə, qurumun baş katibi Elxan Məmmədovun adına bu məqsədlə məktub yazıb. O, "Şahdağ"ın yenidən təşkilatlanmaq mərhələsinə qədəm qoyduğunu və hədəvlərinin təkrar diviziona qayıtmaq olduğunu bildirib.


Sitat: "Regional Liqada çıxış etmək istəyən klublar bir neçə şərti yerinə yetirməlidi. Bu, AFFA və PFL-in tələbidi. Əsas şərt infrasturkturla bağlıdı. "Şahdağ"ın uzun illərdi hansı şəraitdə mübarizə apardığını hamı bilir. Allah şahiddi ki, ötən mövsüm hansı məhrumiyyətlərə qatlaşdıq, nə çətinliklər çəkdik.

 

Səfər oyunlarına getməyə yolpulu tapmırdıq. Yemək almağa pulumuz yox idi. Adil Mahmudov bütün bunları görüb, onun vaxtında komanda ağlasığmaz problemlərlə üzləşib. Xeyli borca düşdük, ağız açmadığımız qapı qalmadı.

 

Yenə yaxşı ki, bu yay vəziyyət düzəldi. Yeni mövsümə çox yaxşı hazırlaşmışdıq, güclü komanda yığmışdıq. AFFA-nın məlum qərarından sonra məşqlərə ara vermədik, amma 4-5 futbolçu çıxıb getdi. Qusar futbol rayonudu. 92 min əhalisi olan bu rayonu futbolsuz qoymaq olmaz. Camaat hər gün komandanın yanındadı.

 

"Şahdağ" nə mənimdi, nə də Kamran Əlibabayevin. Bu klub Qusar camaatınındı və onların tək istəyi "Şahdağ"ın yaşamasıdı. Sponsor qəti şəkildə bildirib ki, "Şahdağ"ın dağılmasına imkan verməyəcək, nə olur-olsun, yaşayacaq. İndi biz strukturu yaxşılaşdırmağa başlamalıyıq.

 

Şirkət Qusvr stadionunun əsaslı şəkildə təmir edəcəyinə söz verib. Əslində, bu, çoxdan olmalı idi. Hava bir az pisləşən, qar yağan kimi komandalar Qusara gəlmək istəmirdi. Stadion, meydança, baza nə gündədi, görmüsüz. İndi iyirmi birinci əsrdə yaşayırıq, şərait isə on səkkizinci əsrdə qalıb.

 

AFFA deyir ki, şəraiti düzəldin, yavaş-yavaş infrastrukturu inkişaf etdirin. İstəyir mən burda qalım, istəyir qalmayım – ancaq bu olmalıdı. Hazırkı şərait "Şahdağ"a yaraşmır. Sponsor mənə "get" deməyib. Qusar camaatı görüb ki, "Şahdağ"ın ən çətin vaxtında mən komandanı atıb getməmşəm, daim yanında olmuşam.

 

Bundan sonra da əlimdən gələni edəcəm ki, "Şahdağ" irəli getsin. Birinci diviziona qayıtmaqdı məqsədimiz. Maliyyə vəziyyətimiz sabitdi, infrastrukturu da düzəltməyə başlayandan sonra "Şahdağ" yaxşı nəticələr qazanacaq.

 

Almaniya ilə oyunda millimizin kapitanı kim idi? Rahid Əmirquliyev. O, Qusar futbolunun yetirməsidi. Rahid kimi bir çox futbolçu və məşqçi "Şahdağ"dan çıxdı. Belə olan halda, bu klub niyə dağılmalıdı?" 

Tarix: 11 Oktyabr 19:46    Oxunub: 889    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.