Millimizdəki fəaliyyətinə son verən baş məşqçinin yeni iş yeri

Dekabrın 1-də milli komandamızla müqaviləsi başa çatacaq Robert Prosineçkinin yeni komandası müəyyənləşmək üzrədir.
 
Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıra bilər. Sreçko Krataneçlə yolları ayıran federasiya Prosineçkini paytaxt Lyublyanaya görüş üçün dəvət ediblər.

 

Federasiya millimiziin çalışdırıcısı ilə müqavilənin detallarını müzakirə edəcək. Bir neçə gün öncə Sloveniya mətbuatı Prosineçkinin Sloveniya Futbol Federasiyasından 800 min avro illik maaş tələb etdiyini yazmışdı.
 

Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.

Tarix: 11 Oktyabr 19:00    Oxunub: 709    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.