AFFA-da neçə qruplaşma var? "Nemeslər", "tiffozilər", "sambaçılar"

Futbol başbilənlərimiz indi də rəsmən milli komanda üçün yeni baş məşqçi axtarışlarına çıxıblar. Futbolu dərin bilmədikləri üçün axtarışlar aşağıdakı qaydada aparılır:


AFFA-da bir neçə qruplaşma var - "nemeslər", "tiffozilər" və "sambaçılar". Artıq yığmamızda brazilyalını da gördük, almanı da. Növbədə italiyalıdır. Bizim idarəçilər tez-tez şimala baxıb ibrət götürürlər.


"Видели даааа что сделал Каррера со Спартаком".


"Манчини тоже аааа в Зените от души работает"


"Нам нужна итальянская оборона".


Məhz bu kimi arqumentlərdən istifadə olunur. Di Byazi (Albaniyanın sabiq baş məşqçisi) bir neçə görüş olub, sonda onun razılığını almaq mümkün olmayıb. Növbədə digər italyalı mütəxəssislər var.


Düzdür, ola bilər ki mental olaraq millətlərimiz hardasa yaxındır. Emosionallıq, danışıq tərzi və s. Lakin yenə də məşqçi seçərkən səhvlərə yol verilir.


İlk öncə AFFA-nın azı 2-illik planı olmalıdır. Yəni 2 ildən sonra futbol idarəçilərimiz milli komandamızı haralarda görmək istəyirlər. İstiqamət AVRO-2020 olacaq? O zaman yenə də Dənizləri, Nazarovları pul müqabilində cəlb edəcəklər. Kim da desə ki legionerlərə pul (mənzil filan) verilmir - darıxmayın. Bu yaxınlarda bununla bağlı müəyyən məlumatlar açıqlanacaq.


Yox, utopiyalardan vaz keçib sabahı düşünürüksə, indidən elə bir məşqçi gəlməlidir ki həm A-komandanı həm də ümümiyyətlə milli komandalar sistemini "perezaqruzka" edəcək. Mentalitetimizi bilən, Azərbaycan futbolunun özəlliklərindən xəbərdar olan bir məşqçi.


Azərbaycan futbolunun "qenetik yaddaşında" Foqtsun, Adamsın, Toşakın futbolu mövcüd deyil. Ömur böyu nə cür oynamışıq? Sürətli kecidlər, improvizasiya elementləri. İsveçrəyə, Portuqaliyaya vurulan qollar buna əyani sübütdür.


Təəssüflər olsun ki, AFFA-nın idarəçiləri elə bilirlər ki, adlı-sanlı məşqçiyə ilə 1-2 million avro ödəməklə problemlərimiz həll olunmuş sayılır. Bəylər, ilk öncə güclü 1-ci Divizionumuz olmalıdır. Yüksək liqada azı 4-5 əyalət klubları olmalıdır. Son 1 həftədə yığma komandalarımız biabırçı hesablarla uduzublar. U-17, U-19, U-21...Bütün bu problemlər olan yerdə xarici məşqçi nə etsin?


İlk öncə futbol baxışlarınız dəyişilməlidir. Milləti, vətəni düşünmək lazımdır. U-17-nin Portuqaliya ilə açılış oyununda dizləriniz necə əsirdi, bir yadınıza salın.

 

Futbol sahəsi dönərxana, şirkət filan deyil. Hər şeyə görə ictimaiyyətə, azarkeşlərə borclusunuz. Elə seçim edin ki, sabah bura gələn məşqçi Azərbaycan ilə məzələnməsin, ölkəmizin vətəndaşlarına yuxarıdan aşağı baxmasın!


Hələlik bu qədər...Hə, onu da deyim ki, yeni gələn baş məşqçi kim olur olsun çox tanınmış bir mütəxəssis olacaq. Niyəsini yəgin bilirsiz...Qurban Qurbanov hələ ki milli komandaya gətirilmək üçün çox cavandı...

 

Erkin İbrahimov

Tarix: 11 Oktyabr 18:48    Oxunub: 322    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Dekabr 2017
17 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.