"Real" Beyli 99 milyona “Mançester Yunayted”ə göndərməyin əleyhinə deyil

“Real” uelsli hücumçusu Qaret Beyli satmaq istəyir. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “San” nəşri yayıb.

 

Xəbərdə “kral klubu”nun 28 yaşlı futbolçusunu 99 milyon avro qarşılığında “Mançester Yunayted”ə göndərməyin əleyhinə deyil. Mankunianlar daha öncə də Uels millisinin üzvünün xidmətində maraqlı olsa da, Madrid təmsilçisi hücumçusunu satmaqdan imtina etmişdi.

 

Lakin son vaxtlar Beylin tez-tez zədələnməsi “Real” rəhbərliyinin fikrini dəyişməsiylə nəticələnib. Beyl 2013-cü ildən “kral klubu”nun uğurları üçün çalışır. O, cari mövsümdə cəmi 8 oyunda şans qazanıb, 3 qol vurub.

Tarix: 11 Oktyabr 18:36    Oxunub: 81    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.