Rəşad Sadıqov “Neftçi” ilə oyundan sonra “Range Rover”lə qəzaya düşdü

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. Sportinfo.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

 

Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.

 

O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

 

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir. Məlumatı Ağdam klubundan da təsdiqləyiblər.

Tarix: 11 Oktyabr 18:00    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.