Qızlar Günü ilə bağlı VİDEO

Beynəlxalq Qızlar Günü qızların hüquqlarını və dünyadakı qızların üzləşdikləri özünəməxsus problemləri anlamaq məqsədilə hər il oktyabrın 11-də qeyd olunur. 

 

Sportinfo.az xəbər verir ki, bu il UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və AFFA idman vasitəsilə qızların necə gücləndirilə biləcəyini işıqlandıran qısa bir video hazırlamaq üçün bir araya gəlib.

 

Ünsiyyət qurmaq üçün xüsusilə faydalı yollardan biri olan idman, qızlara başqaları ilə sosial baxımdan əlaqə yaratmaq üçün imkanlar yarada bilər. Bir çox qızlar üzləşdikləri müəyyən qadağalar səbəbindən bundan yararlana bilmir.

 

Qızlara idmanla məşğul olmaq imkanı verildiyi təqdirdə, oğlanlarla müqayisədə onlara “daha bacarıqsız” damğası vuran stereotiplərlə mübarizə apara bilərlər. İdman da təhsil kimi, qızların cəmiyyətdə bərabərhüquqlu fərdlərə çevrilməsinə kömək edə bilər.

 

Tarix: 11 Oktyabr 17:24    Oxunub: 58    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.