İttihamlara reaksiya gecikmədi: "Bu il 300 min manat xərcləmişik"

Gənclər və İdman Nazirliyi Azərbaycan Basketbol Federasiyasının ciddi problemlərlə üzləşdiyinə dair xəbərlərə münasibət bildirib. 

 

Sportinfo.az xəbər verir ki, 2017-ci ildə basketbolla bağlı tədirlərə 300 min manata yaxın vəsait xərclənib.

 

Bildirilir ki, il ərzində iki dəfə Azərbaycan çempionatı və birinciliklərinin zona və final oyunları keçirilib. Avropa birinciliyinə üç yaş qrupu üzrə (16, 18, 20) yığma komandalar tam heyətlə ezam olunublar.


Yeniyetmələrin I Respublika Oyunları çərçivəsində kişilər arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları təşkil edilib.


Həmçinin 18 yaşadək kişilərdən ibarət milli 2 dəfə Gürcüstanın açıq çempionatına, əsas yığma isə 2 dəfə Qırğızıstanın paytaxtı Bişkekə beynəlxalq turnirə ezam olunub.


İl ərzində 20 yaşadək kişilərdən ibarət yığmanın Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirməsinə şərait yaradılıb.

 

3x3 basketbol yığmasının isə Özbəkistanın paytaxtı Daşkəndə səfər etməsinə köməklik göstərilib. Ölkə 
çempionatlarında icarə haqqları və mükafatları da nazirlik ödəyib.

Tarix: 11 Oktyabr 17:12    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.