Lisenziyasız futbolçu oynatdı, AFFA texniki məğlubiyyət verdi


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

 

Gənclər Liqasında “İnter” - “Kəpəz” matçının 74-cü dəqiqəsində “İnter”in futbolçusu Faiq Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Zirə” - “Qarabağ” matçının 45-ci dəqiqəsində “Zirə”nin futbolçusu Allahyar İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-16 Liqasında “Neftçi” - “İnter” matçının 45-ci dəqiqəsində “İnter”in futbolçusu Ağa Ağayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

 

U-15 Liqasında “Səbail” - “Turan” matçı başa çatdıqdan sonra “Turan”ın futbolçusu Elgün Bayramov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

 

U-15 Liqasında “Kəpəz” – “İnter” matçının 68-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ümid Səmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-13 Liqasında TİM (Gəncə) - “Kəpəz” matçının 36-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Araz Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-13 Liqasında UGİM Xolmilli (Lənkəran) – UGİM (Lənkəran) matçının 24-cü dəqiqəsində UGİM (Lənkəran) klubunun futbolçusu Kənan Məmmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-13 Liqasında “Şirvanovka” (Qusar) – UGİM (Xaçmaz) matçının 13-cü dəqiqəsində “Şirvanovka”nın futbolçusu Şakir Bədağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-10 Liqasında UGİM Gənclərbirliyi – “Təbriz” TİM matçında UGİM Gənclərbirliyi komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Tarix: 11 Oktyabr 17:00    Oxunub: 254    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.