"Bu, mənə bütün həyatım boyu əzab verəcək" - VİDEO

ABŞ yığmasının müdafiəçisi Omar Qonsales DÇ-2018-in seçmə mərhələsində Trinidad və Tobaqo ilə keçirilən oyunda vurduğu avtoqol barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, ABŞ yığması bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, DÇ-yə vəsiqə qazana bilməyib. Baxmayaraq ki, ABŞ-a bir xal da kifayət edirdi.

 

Omar Qonsales isə öz qapısına qol vurmaqla yadda qalıb. Müdafiəçi bildirib ki, bu avtoqol ona daim əzab verəcək:

 

“Bu avtoqol mənə bütün həyatım boyu əzab verəcək. Hətta nə hiss etdiyimi izah etmək üçün söz də tapa bilmirəm. Bayram olmalıydı, ancaq əvəzində...

 

Bu, çox qorxuludu. Bütün azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizə inanırdılar. Biz isə onların ümidlərini doğrulda bilmədik”.

 

Tarix: 11 Oktyabr 16:48    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.