"Kimə deyək? Kimdi bizə baxan? Bizə bir qəpik pul ayırmırlar"

Azərbaycan Basketbol Federasiyasıyası (ABF) ciddi problemlərlə üz-üzə qalıb. Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu qurum fəaliyyətini dayandıra bilər.

 

Sportibnfo.az xəbər verir ki, basketbol millisinin məşq keçə bilməsi üçün şərait yoxdur və idmançılar maaş ala bilmir. Bu da federasiyada ciddi problemlər yaradıb.

 

Məsələ ilə bağlı ABF-nin vitse-prezidenti Azər Qədirov "unikal.org"a danışıb: "Federasiya nazirlik, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər.

 

Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar.  "Tofiq Bəhramov"dakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdu. Zallar məktəblər daxilində var.

 

Orda da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. "Gənclik”də Olimpiya Zalını bizə vermişdilər onu da aldılar”.

 

Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını da bildirib: "Kim alıb? Təbii ki, hamısı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər... 

 

Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar "3x3”ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə, nə də respublika çempionatı keçirə bilirik.

 

Qaçırıq Gənclər və İdman Nazirliyinə ki, zal tapın, biz yerli çempionat keçirək. Bizə verməyə pulları, zalları yoxdu. Özümüzün də imkanımız yoxdu ki, zal tikək. Nazirliyə müraciət edəndə bizə deyirlər, "danışmayın, pulumuz yoxdu”.

 

Kimə deyək? Kimdi bizə baxan? Nazirlik bizə bir qəpik də pul ayırmır. Nə mənim, nə də rəhbərimiz Nadir Nəsibovun zal tikməyə gücü çatmır. İslamiada ərəfəsi Nadir müəllim öz cibindən legionerlərin gəlməsi üçün, məşq etmələri üçün pul ayırdı”.

 

Qurum rəsmisi zalların hansı səbəblə əllərindən alınmasına belə cavab verib: "Bunu aidiyyatı qurumdan soruşmaq lazımdı. Elə nazirliyin özündən... Soruşun niyə yığma komanda yoxdu? Bakı birinciliyi niyə keçirilmir? Nazirlik bütün idman növlərinə baxmalıdı”.

Tarix: 11 Oktyabr 16:36    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.