"Biz artıq çoxdan bu kimi xəbərlərə öyrəncəli olmuşuq, siz hələ yox?"

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko istefaya göndərilə bilər. Bu barədə məlumatı “footballgazeta.com” yayıb.

 

Xəbərdə buna səbəb kimi yığmanın DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməməsi göstərilib. Şevanın postuna namizədlər arasında isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukun da adı qeyd edilib.

 

Digər namizədlər isə hazırda Ukrayna Futbol Federasiyasında çalışan Miron Markeviç və “Verder”in keçmiş baş məşqçisi Viktor Skripnikdi.


Ukrayna mətbuatında daha əvvəl də Qriqorçukun millini çalışdıracağı bərədə xəbərlər yayılmışdı. Bəs son informasiyanın necə, əsası varmı?

 

"Qəbələ"nin baş meneceri Zaur Əzizovun Sportinfo.az-a açıqlamasından: "Biz artıq çoxdan bu kimi xəbərlərə öyrəncəli olmuşuq, siz hələ yox?Adətən, bir ölkənin baş məşqçisi istefa verəndə həmin posta 5-6 namizəd olur, onun da ikisi-üçü yerli Qriqorçuk da Ukraynanın 2-3 tanınmış məşqçisindən biridi.

 

Qazandığı nəticələrlə həmişə gündəmdə olub. Ukraynada çoxları istəyə bilər ki, Qriqorçuk mllini çalışdırsın. Ancaq o, bu barədə bizə heç nə deməyib. Ona görə də bu gün yayılmış xəbərlərin üstündən ötəri keçdik".

Tarix: 11 Oktyabr 16:24    Oxunub: 257    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.