Ötən ildən Çili millisini çalışdıran Xuan Antonio Pitsi ayrıldı

DÇ-2018-dən kənarda qalan Çili millisinin baş məşqçisi Xuan Antonio Pitsi yığmadan ayrılıb.

 

Sportinfo.az xəbər verir ki, Pitsinin komandası DÇ-2018-in seçmə mərhələsinin son turunda səfərdə Braziliyaya 0:3 hesabıyla məğlub olaraq, mundialdan kənarda qalıb.

 

Seçmə mərhələnin sonunda millinin baş məşqçisi kimi müqavilə müddəti bitən 49 yaşlı mütəxəssis, ayrılıq qərarı alıb.

 

Pitsi ötən ildən Çili millisini çalışdırırdi. Klaudio Bravo, Arturo Vidal, Aleksis Sançes kimi dünya futbolunun ulduzlarının top qovduğu milli seçmə mərhələni 6-cı pillədə başa vuraraq, pley-offa belə vəsiqə qazana bilməyib.

Tarix: 11 Oktyabr 16:12    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.