"Qəbələ” "Mil-Muğan”la, "İnter” MOİK-lə qarşılaşacaq - 1/8 finalda!

Bu gün Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib. Sportinfo.az xəbər verir ki, kubokun yeni mövsümü 1/16 final mərhələsindən start götürüb.

 

Bu mərhələdə Birinci Divizionun 4 komandası 1/8 finala son 2 vəsiqə uğrunda mübarizə aparıb. "Ağsu” "Mil-Muğan”ı, MOİK isə "Turan Tovuz”u qəbul edib. Bu mərhələdə qaliblər bir oyunda müəyyənləşib.

 

"Mil-Muğan" səfərdə tək qolla qalib gəlib. Üç qolun vurulduğu MOİK - "Turan Tovuz" matçında isə "hərbçilər" üstün olublar. 1/8 finalda "Mil-Muğan” "Qəbələ”ylə, MOİK isə "İnter”lə qarşılaşacaq. 

 

"Ağsu” - "Mil-Muğan” 0:1
Qol: V.Mehrəliyev, 80.
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Ağsu şəhər stadionu.

“Ağsu”: 12. Şamo Həsənov, 4. Elmixan Məmmədov, 10. Nurlan İsbəndiyarov, 2. Qüvvət Əmrahov, 18. Adil Tağıyev, 19. Ramil Əliyev (k), 16. Elnur Mustafazadə, 15. Vüsal İbrahimov, 17. Malik Babayev, 6. Cavid Nuriyev, 14. Əlimərdan Əlimərdanlı.
Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 20. Təmraz Əmircanov, 7. İsa Cəbiyev, 3. Fərrux Rəhimov, 9. Əli Bağırov, 5. Rəvan Kərimov, 11. Fərid Həşimzadə.
Baş məşqçi: Rüfət Quliyev.
“Mil-Muğan”: 1. Şöhrət Rəhimov, 16. Elməddin Məmmədov, 23. Comərd Baxşəliyev (k), 8. Anar Babazadə, 4. Zöhrab Məmmədov, 16. Viqar Əlibabayev, 20. İlqar Hüseynov, 3. Vasif Mehrəliyev, 9. Böyükağa Əhmədov, 19. Elməddin Hüseynzadə, 7. Bayram Əliyev.
Ehtiyat oyunçular: 12. Əzəmət Museybov, 6. Nicat Fərəcli, 44. Hüseyn Xəlilzadə, 32. Coşqun Kərimli, 10. Samir Babayev, 25. Çərkəz Həsənov, 11. Afiq Yusifov.
Baş məşqçi: Xalıq Mustafayev.

MOİK - "Turan Tovuz” 2:1
Qol: İ.İbrahimli, 13. Q.İbrahimov, 87 - E.Səmədov, 40.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov.
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu.

MOİK: 1. Aydın Bayramov, 5. Cəmil Hacıyev, 2. Hüseyn İsgəndərov, 97. Anar Həsənov, 18. Taleh Muradov, 25. Qərib İbrahimov (k), 7. Mirkamil Əliyev, 77. Bəhruz Teymurov, 20. İsmayıl İbrahimli, 21. Kamil Nurəhmədov, 17. Rəhman Musayev.
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 8. Fərid Əsədov, 85. İlkin Həsənli, 19. Cavid Həziyev, 90. Tofiq Mikayılov, 70. Elgün Abbaslı, 10. Orxan Həsənov, 9. Cavidan Şükürov, 88. Əli Banişevski.
Baş məşqçi: Ramil Əliyev.
“Turan Tovuz”: 77. Mehman Hacıyev, 8. Seymur Tağıyev (k), 22. Tuqay Alhüseynli, 2. Sənan Qocayev, 14. Eltay Tağıyev, 6. Məhəmməd Ağayev, 10. Emin Zamanov, 7. Elnur Səmədov, 17. Ruslan Tağızadə, 5. Tagim Novruzov, 30. Əziz Hüseynov.
Ehtiyat oyunçular: 1. Natiq Sərhətov, 11. İlkin Rzayev, 4. Cəlal Cəlalzadə, 3. Ayxan Əsədov, 21. Şahin Quluzadə, 15. Muxtar Cəfərov, 18. Elmin Bayramov.
Baş məşqçi: Əsgər Abdullayev.

Tarix: 11 Oktyabr 16:00    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.