Diniyev ona taşrılan yığma hücumçusunu "Kəpəz"ə aldı

"Kəpəz” çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanovu baxışdan keçirib. Sportinfo.az xəbər verir ki, baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub. 


Hücumçu mövqeyində çıxış edən Məhəmmədlə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 25 yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək. 


Əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da şərəfini qoruyub. O, əsas millidə də oynayıb.


Dağıstanlı forvard ötən mövsümün son bölümün "Sumqayıt"da keçirib və burdan qalmaqalla ayrılıb. "Qarabağ"la səfər görüşündə erkən əvəzlənməsinə kəskin etiraz etdiyi üçün Samir Abasovun qəzəbinə tuş gəlib.


6 aydan çoxdu klubsuz qalan Qurbanovu "Kəpəz"ə AFFA rəsmiləri göndərib. "Sumqayıt"da 5600 manat maaş alan Məhəmməd Gəncə klubunda bu məbləğin yarısını alacaq, ya almayacaq.

 

Şahin Diniyev üçün bu əsas deyil. Baş məşqçini dilxor edən komandasının ilk dövrədə cəmi 5 qol vurması və 4 xalla turnir cədvəlinin son pilləsinə yuvarlanmasıdı.

Tarix: 11 Oktyabr 15:48    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.