İşinə qarışdılar, FİFA federasiyanı üzvlükdən kənarlaşdırdı

FİFA Pakistan Futbol Federasiyasının (PFF) üzvlüyünü dayandırıb. Sportinfo.az xəbər verir ki, buna səbəb təşkilatın işinə üçüncü tərəfin qarışması olub.


Bildirilir ki, PFF-nin ofis və hesabları məhkəmənin təyin etdiyi inzibatçının nəzarəti altında qalıb və bu da təşkilatın işlərinə üçüncü tərəfin qarışmamasına dair öhdəliyin pozulmasıdır.

 

Nəzarət federasiya rəhbərliyinə keçdikdən sonra üzvlük bərpa olunacaq. Sanksiya qüvvədə olduğu müddətdə Pakistan yığması və bu ölkənin klubları beynəlxalq yarışlarda iştirak edə bilməzlər.

 

Pakistan millisi sonuncu dəfə 2015-ci ildə FİFA bayrağı altında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yəmənlə qarşılaşıb və iki matçın nəticəsinə əsasən mübarizəni dayandırıb. Komanda FİFA reytinqində 200-cü yerdə qərarlaşıb.

Tarix: 11 Oktyabr 15:24    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.