"Qarabağ" lap 30:0 uduzsun, heç bir qorxusu yoxdu"

"Elə ölkələr və elə klublar var ki, onlar üçün Çempionlar Liqasına vəsqə qazanmağın özü böyük tarixi hadisədi" - Sportinfo.az-ın məlumatına görə, bu fikirlər Türkiyənin məşhur futbol yazarlarından Uğur Karakullukçuya məxsusdu.


"Qarabağ"ın qitənin ən mötəbər klub yarışında çıxış etməsinə münasibət bildirən "Sabah"ın məsul əməkdaşı deyib ki, o, Azərbaycan təmsilçisini xeyli müddətdi yaxından izləyir: 


"Qurban Ourbanova və onun komandasına sonsuz sayğım var. Bu səviyyəyə birdən-birə yüksəlmədilər. Uzun bir yol qət etdilər.

 

Biz "Qatalasaray" və "Fənərbağça"nın avrokuboklarla erkən vidalaşmasına və "Başakşehir"in pley-offda uduzmasına nə qədər üzülsək də, "Qarabağ"ın bu uğuru ilə sevinməliyik.

 

Azərbaycan klubu "Çelsi"yə 6:0 uduza bilər. Hətta bütün oyunları uduza bilər. Lap 30:0 uduzsun, heç bir qorxusu yoxdu. "Qarabağ" üçün əsas Çempionlar Liqasında iştirakdı.

 

Çünki bu, Azərbaycan adına inaılmaz başarıdı. Heç kim inanmazdı ki, bir Azərbaycan klubu Avropanın divləri arasına düşər. Bunun özü "Qarabağ" üçün heç nəylə ölçüyə gəlməz hadisədi.

 

Mən bu yolda onlara yeni-yeni uğurlar arzulayıram. Qurban hocanın və ekipinin, ümumilikdə, "Qarabağ"ın əldə etdiyi bu zəfər köksümü qabartdı".

 

Tarix: 11 Oktyabr 15:00    Oxunub: 368    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.