“Qarabağ”a 75450, “Neftçi”yə 33220, “Qəbələ”yə 50960 avro - PAY

UEFA Azərbaycan klubları üçün növbəti ödəniş edib.

 

Sportinfo.az AFFA-nın saytına istinadən məlumat verir ki, qitə futbol qurumunun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub. 

 

Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb. Belə ki, “Qarabağ”a 75450, “Neftçi”yə 33220, “Qəbələ”yə 50960 avro ödənilib.
 
“Kəpəz” üçün isə 33220 avro nəzərdə tutulub ki, bu da klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Tarix: 11 Oktyabr 14:48    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.