"Kəpəz”ə 2 futbolçu qoşuldu

Premyer Liqanın 8-ci turunda səfərdə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlığına start verib.

 

Sportinfo.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı kollektiv Bakıda, “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

 

“Sarı-göylər”in oktyabrın 11-i və 12-də olan məşqləri saat 11:00-da başlayacaq. “Kəpəz” oyun öncəsi son hazırlıq prosesini də eyni məkanda, amma fərqli saatda keçəcək.

 

Belə ki, oktyabrın 13-nə təyin olunan məşq saat 17:00-da start götürəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə cəlb olunmuş İlyas Səfərzadə və İlkin Sadıqov artıq düşərgəyə dönüb. Hər iki futbolçu bu gün keçirilən məşqdə iştirak edib.

 
Tarix: 11 Oktyabr 13:00    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.