"Qəbələ" 460 min, "Zirə" və "İnter" hərəyə 440 min avro qazandı

2017-2018-ci il mövsümündə Avropa Liqası turnirində iştirak etmiş Azərbaycan klublarına UEFA-nın ayırdığı vəsaitin məbləği müəyyənləşib. 


Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avroliqanın II təsnifat mərhələsində mübarizəni dayandırmış "Zirə" və "İnter" hərəyə 440 min avro qazanıb. III təsnifat mərhələsində çıxışlarını başa vurmuş "Qəbələ"yə isə 460 min avro ayrılıb.

 

Maliyyə vəsaitləri AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Zirə" və "Qəbələ"nin hesablarına köçürülüb. “İnter” üçün nəzərdə tutulmuş vəsait isə klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Tarix: 11 Oktyabr 12:36    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.