"AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram” - İK ÜZVÜ

“Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram”. 

 

Sportinfo.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib.

 

Bununla belə, M.Məmmədli xorvatiyalı mütəxəssisin Azərbaycan yığmasının sükanı arxasındakı işini müsbət qiymətləndirib. O deyib ki, milli xüsusən son seçmə mərhələdə daha hazırlıqlı nəzərə çarpıb: “Prosineçki 3 il Azərbaycanda çalışdı. Onun işini müsbət qiymətləndirirəm.

 

Yığma komanda 2018-ci il dünya çempionatının seşmə mərhələsində daha inamla çıxış etdi və yaxşı nəticə göstərdi. Komanda əvvəlki tsikllərlə müqayisədə fiziki cəhətdən daha hazırlıqlı idi”.


Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində böyük ehtimalla Azərbaycan millisinin sükanı arxasında qalmayacağını açıqlayıb. Onun 3 illik müqaviləsinin müddəti dekabrda başa çatır.

Tarix: 11 Oktyabr 11:36    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.