“Qəbələ” 3 xalı 12 qolla qazandı - Akademiyanın son həftəsi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Sportinfo.az saytı xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb.

 

“Qırmızı-qaralar” U-17 Liqasında “Neftçi” ilə heç-heçə edib – 1:1. 5 oyunda 11 xal toplayan komanda 3-cü sırada qərarlaşıb.

 

U-15 “Sumqayıt”la ev oyununda 3 xal qazanıb – 2:1. 3 matçda 7 xal toplayan kollektiv 3-cü yerdədi. U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Autizmlilərin”i 7:0 hesabı ilə üstələyib. İkinci böyükhesablı qələbəsini qazanan komanda 6 xalla 3-cü pillədə yer alıb.

 

“Zirə”ni 2 cavabsız qolla məğlub edən U-13 də paytaxt regionunun liderləri sırasındadı. 6 xala malik kollektiv top fərqinə görə 3-cüdü. Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə "Qəbələ"nin U-12, U-11 və U-10 komandaları IV turun matçlarına çıxıb.

 

12 yaşadək futbolçulardan ibarət “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 4:0, UGİM isə Ağdaşın UGİM-ini 3:0 hesabı ilə yenib. 4 turdan sonra “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.

 

U-11 Liqasında da Qəbələ təmsilçiləri eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:0, UGİM 10:0 hesabı ilə qalib gəlib. Burada da “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.

 

"Qəbələ"nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” Yevlax UGİM “Rabitəçi”sini 8:2, Gİİ isə İsmayıllı UGİM-ini 10:2 hesabı ilə üstələyib. Hərəyə 3 matç keçirən “Qəbələ” 9, Gİİ 6, UGİM 3 xal toplayıb.

Tarix: 11 Oktyabr 10:36    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.