Messinin het-triki Argentinanı xilas etdi, Çili Ç-dən kənarda qaldı

Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib.

 

Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.

 

Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib.

 

Peru-Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq.

 

Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib. Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.

 

Braziliya - Çili 3:0

Qol: Paulinyo, 55. Jezus, 57; 90+3.

Ekvador - Argentina 1:3

Qol: İbarra, 1 - Messi, 12; 20; 62.

Paraqvay - Venesuela 0:1

Qol: Yangel Errera, 84.

Peru - Kolumbiya 1:1

Qol: Qerrero, 76 - Xames Rodriqes, 56.

Uruqvay - Boliviya 4:2

Qol: Kaseres, 40. Kavani, 42. Suares, 60; 76 - Qaston Silva, 24-öz qapısına. Qodin, 79-öz qapıısna.

Tarix: 11 Oktyabr 10:24    Oxunub: 83    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.