Azərbaycan millisi qitənin ən nümunəvi komandaları sırasında

DÇ-2018-in seçmə mərhələsinin statistik göstəriciləri açıqlanıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi qitənin ən nümunəvi komandaları sırasındadı.  

 

Belə ki, Robert Prosineçkinin yetirmələri keçirdiyi 10 qarşılaşmada 81 qayda pozuntusuna yol verib. Bu isə Avropada 2-ci ən yaxşı göstəricidir.

 

Yalnız seçmə mərhələni yüzfaizli nəticəylə başa vuran yeganə komanda, qrupda rəqibimiz olan Almaniya millisi bizi qabaqlayır– 68 fol. 

 

Azərbaycan özü isə başa çatan seçmə mərhələdə 120 dəfə qayda pozuntusundan əziyyət çəkib. Millimizin hesabında 13 sarı, 1 qırmızı vərəqə var. Oyunda qovulan yeganı futbolçumuz "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov olub.

 

Mərkəz müdafiəçisi Norveçlə Oslodakı qarşılşamada sərt cəzaya məruz qalıb. Həmin matçda müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Dmitri Nazarov tsikldə 3-cü sarı vərəqələrini alaraq cəzalı duruma düşüblər. Ən çox "sarı" məhz onların passivindədi.

Tarix: 11 Oktyabr 10:12    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.