Rəşad Sadıqov Turizm və Menecment Universitetində

Hər zaman maraqlı ideyaları həyata keçirməklə diqqət çəkən “İmarət” fan-klubu bu dəfə də fəaliyyəti ilə seçiləcək.

 

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın bir nömrəli azarkeş qrupu oktyabrın 12-də saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetində tədbir təşkil edəcək.

 

Tələbələrlə görüşə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla kapitan Rəşad Sadıqov gələcək.

 

Görüşdə “Qarabağ”ın tarixi və inkişafı, həmçinin “İmarət” Azad Azarkeş Qrupunun ideologiyası gənclərə izah ediləcək.

 

Görüşün əsas məqsədi qəlbi Qarabağ sevgisi ilə döyünən hər bir gənci tribunada bir ad altında birləşdirməkdir. “İmarət”in planı hər ay bir ali təhsil ocağında belə tədbir keçirməkdi.

Tarix: 11 Oktyabr 10:00    Oxunub: 262    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.