Naxçıvan klubu Rumıniyada UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayır

Bu gün “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayacaq. Sportinfo.az xəbər verir ki, VIII qrupda yer alan Naxçıvan təmsilçisi B yolunda 3 rəqiblə qüvvəsini sınayacaq.

 

Bunlar Rumıniyanın “Deva”, Maltanın “Sent Endryus”, eləcə də Bosniya və Herseqovinanın “Mostar” kollektivləridir. Joze Alesionun baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçını "Mostar"a qarşı keçirəcək.


Rumıniyanın Deva şəhərində İdman Sarayında baş tutacaq oyunlar 4 günü əhatə edəcək. Yalnız qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazanacaq.


I tur, 11 oktyabr
17:30. “Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina)
20:00. “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta)
 

II tur, 12 oktyabr
17:30. “Sent Endryus” – “Araz”
20:00. “Deva” – “Mostar”

 

III tur, 14 oktyabr
17:30. “Mostar” - “Sent Endryus”
20:00. “Araz” - “Deva”

Tarix: 11 Oktyabr 09:12    Oxunub: 102    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.