“Əmi” ləqəbli narkotacir və "qanuni oğru"dan torpaq sahəsi və ev aldı

“Barselona”nın sabiq futbolçusu, Meksika yığmasının kapitanı Rafael Markesin anası Roza Alisiya Alveres narkotacirlərlə əlaqədə şübhəli bilinir.

 

Sportinfo.az xəbər verir ki, mətbuat Rozanın narkotacirlərlə bir sıra daşınmaz əmlak əməliyyatları apardığı barədə məlumat əldə edib.

 

Onun 2007-ci ildə “Əmi” ləqəbli narkotacir və qanuni oğrudan torpaq sahəsi və ev aldığı deyilir. O, buna görə 265 min funt ödəyib.

 

38 yaşlı futbolçunun özü də bir müddət əvvəl narkotacirlərlə əlaqədə ittiham edilmişdi. Hazırda “Atlas” klubunda çıxış edən futbolçuya ABŞ sanksiya tətbiq edib.

Tarix: 11 Oktyabr 01:00    Oxunub: 380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.