Hollandiyanı DÇ-2018-də görməyəcəyik - Son xoşbəxtlər

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının A, B və H qruplarında da sonuncu oyunlar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, A qrupunda Fransa millisi Belarusu qəbul edib. “Xoruzlar” bu oyundan 3 xalla ayrılacağı təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi.

 

Gözlənildiyi kimi, fransızlar sürprizə imkan verməyiblər. Pley-offa vəsiqə uğrunda isə İsveç və Hollandiya üz-üzə gəlib. “Narıncılar” yalnız möcüzə sayəsində mundiala vəsiqə şansını qoruyub saxlayacaqdı.

 

Belə ki, Dik Advokatın yetirmələri pley-offa vəsiqə qazanmaq üçün skandinaviyalıları ən azı 7 top fərqi ilə məğlub etməliydi. Lakin onların gücü 2 qola çatıb və möcüzə baş verməyib.

 

B qrupunda əsas diqqət Portuqaliya - İsveçrə matçına yönəlmişdi. Bu oyunda qalib gələn tərəf mundiala vəsiqəni təmin edəcəkdi. Heç-heçə isveçrəlilərin işinə yarayacaqdı.

 

Məğlub olan tərəf isə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində gücünü sınayacaqdı. Portuqallar bu görüşdə inamlı qələbə qazanmaqla böyük şansı əldən verməyiblər.

 

H qrupunda hər şeyə son tura qədər böyük ölçüdə aydınlıq gəlmişdi. Belçika artıq mundiala vəsiqəni təmin eymişdi. Pley-offa yollanacaq komandanın adına isə son turda aydınlıq gəlib. Yunanıstan millisi evdə Cəbəllütariqi məğlub edəcəyi təqdirdə, seçmə mərhələni 2-ci pillədə başa vuracaqdı.

 

Bosniya və Herseqovina da bu yerə iddiasını davam etdirirdi. Lakin balkanlılar yalnız möcüzə sayəsində bu istəyinə çata bilərdi. Belə ki, Edin Dzeko və yoldaşları pley-offa vəsiqə qazanmaq üçün səfərdə Estoniyanı məğlub etməklə yanaşı, Yunanıstanın evdə aşkar autsayder Cəbəllütariqlə matçda büdrəməsini arzulamalıydı. Bosniyalılar qələbə qazanmağı bacarsalar da, yunanlar sürprizə imkan verməyiblər.

 

A qrupu

Fransa - Belarus 2:1

Qol: Qrizmann, 27. Jiru, 33 - Saroka, 44.


Hollandiya - İsveç 2:0

Qol: Robben, 16-pen; 40.


Lüksemburq - Bolqarıstan 1:1

Qol: Till, 3 - Çoçev, 68.

 

B qrupu

Macarıstan - Farer adaları 1:0

Qol: Bode, 81.

 

Latviya - Andorra 4:0

Qol: İkaunieks, 11; 63. Sabala, 19; 59.

 

Portuqaliya - İsveçrə 2:0

Qol: Djuru, 41. A.Silva, 57.

 

H qrupu

Belçika - Kipr 4:0

Qol: E.Azar, 12; 63. T.Azar, 52. Lukaku, 78.



Estoniya - Bosniya və Herseqovina

Qol: Antonov, 75 - Hayroviç, 48; 84.



Yunanıstan - Cəbəllütariq

Qol: Torosidis, 32. Mitroğlu, 61; 63. Canniotas, 78.

Tarix: 11 Oktyabr 00:53    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.