Baş katib Biləsuvara gəldi, 100 nəfər velosiped sürdü

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin,  YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş veloyürüş keçirilib.

 

Sportinfo.az xəbər verir ki, müxtəlif yaş qruplarından olan 100-dən artıq velosipedçinin iştirak etdiyi yürüş Biləsuvar şəhərinin girişindən start götürməklə Heydər Əliyev küçəsi boyunca davam edib.


Veloyürüşdə fərqlənmiş iştirakçılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplom və hədiyyələri ilə təltif ediliblər.

 

Mükafatları rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təqdim ediblər.

Tarix: 11 Oktyabr 00:40    Oxunub: 87    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.