"Prezident nazirə tapışırdı ki, Azərbaycanda bu federasiya yaradılsın”

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. Sportinfo.az xəbər verir ki, bu barədə WBC prezidenti Maurusio Süleyman məlumat verib.

 

O bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insandı.

 

İdman haqda geniş məlumata malikdi. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyaya yönəlmişdi. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın”.

 

Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: “Sizə xoş gəlmisiniz, deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Prezident göstəriş verib və Gənclər və İdman Nazirliyi öz köməkliyi edəcək”.

 

WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.

Tarix: 11 Oktyabr 00:24    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.