Konte İtaliya millisinə qayıdır?

“Çelsi”nin baş məşqçisi Antonio Konte yenidən İtaliya millisini çalışdıra bilər. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

 

Xəbərdə “skuadra ardzurra”nın son vaxtlar zəif çıxışının yerli federasiyanı düşündürdüyü, buna görə, hazırkı baş məşqçi Campyero Venturanı Konte ilə əvəzləməyi planlaşdırdığı qeyd edilib.

 

İtaliya millisi seçmə mərhələnin qrupunu İspaniyadan sonra 2-ci pillədə tamamlayıb. “Skuadra adzurra” mundiala vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq.

 

Konte daha öncə, 2014-2016-cı illər aralığında İtaliya millisinin sükanı arxasında olub. Mütəxəssis bu yaxınlarda ölkəsinin mətbuatına açıqlamasında İtaliya üçün darıxdığını bildirmişdi.

Tarix: 11 Oktyabr 00:00    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.