“Əfran məni liftə dəvət etdi...” - Millini tək qarşılayan azarkeş

Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun üçün Maynts şəhərinə yollanan Azərbaycan milli komandasını orada cəmi bir azarkeşimiz qarşılamışdı.

 

Lakin təzahürat oxuyub, fakel yandıraraq yığmaya dəstəyini nümayiş etdirən azarkeşə futbolçuların heç bir reaksiya verməməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, millinin oyunçuları laqeyd davranışlarına görə tənqid olunmuşdular.

 

Sportinfo.az xəbər verir ki, “qafqazinfo” həmin azarkeş Şamil Mustafayevlə əlaqə saxlayıb və onun fikirlərini öyrənib:

 

Millini tək qarşılasan da, futbolçular sənə təşəkkür etmədilər. Bu sənə necə təsir etdi?

- Onların belə hərəkətini demirəm normal qarşılayıram, amma pis də qarşılamadım. Mənə heç bir təsiri olmadı. Çünki mənim işim azarkeşlik etməkdir. Ora futbolçular üçün deyil, köynəklərində daşıdıqları üçrəngli bayraq üçün gəlirəm, Onlar bu gün var, sabah yoxdular. 

Burada isə gözləniləndən çox rezonans doğurdu. Bunu Azərbaycan üçün edirik. Tərif yağdırmaları çox xoş oldu. Mənə oyunçular və federasiyanın fikri maraqlı deyil. Ümumi futbolçularla yaxşı münasibətim var. Oyundan sonra da görüşürük söhbət edirik. Əgər böyük auditoriya düşünürsə ki, onlar təşəkkür etməliydilər, demək ki, haqlıdırlar. 

 

Oyundan sonra futbolçular səninlə foto çəkdirdimi?

- Bəli. Məşqdən sonra Ramil çəkdirdi. Bir də Əfran liftə dəvət etdi, orada Pavel, Almeida, Əfran və Ramillə şəkil çəkdirdik.

 

Stadionda böyük bir xareoqrafiya açacaqdın. Ona icazə verdilərmi?

Gec də olsa oyuna 1 gün qalmış icazə verdilər. Məşqdən sonra təhlükəsizlik rəhbəriylə razılaşdıq ki, pirotexnika deyil, amma xareoqrafiya və digər bannerlər gətirəcəyik.  Çox çətinliklə icazə verdilər, Alman federasiyası sözünün üstündə durmadı. Qapının ağzında Babəkin bannerlərinə icazə vermədilər ki, üzərində qılınc rəsmi var.  Eyni zamanda, köynəklərə, 50 Azərbaycan bayrağına icazə verilmədi. Dedilər ki, yəqin satmaq istəyirsiniz bunları. 

Tarix: 10 Oktyabr 12:36    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.