“Qarabağ”ın yeni legioneri: “Çelsi” ilə oyunda ağladım"

“Qarabağ”ın haitili yarımmüdafiəçisi Vilde-Donald Gerrye ölkəsinin mətbuatına müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir:

 

Milli komanda ilə Yaponiyaya qarşı oyundan nə gözləyirsiz?

- Rəqib futbol oynaya bilən ölkənin komandasıdır. Digər görüşlər kimi bu matçda da qalib gəlməyi düşünürdük. Komandada zədədən əziyyət çəkənlər var idi. Buna baxmayaraq bütün gücümüzü ortaya qoyduq. 3:3 hesabı pis nəticə deyil. 

 

“Qarabağ”ın heyətində Çempionlar Liqasının ilk matçında – “Çelsi”yə qarşı oyunda ağladınız. Göz yaşlarınızın səbəbi nə idi?

- İlk dəfə “Qarabağ”ın heyətində Çempionlar Liqası oyununda spikerin mənim meydana çıxdığımı elan etməsini unutmayacağam. ÇL-dəki ilk haitili idim. Bundan duyğulandım və ağladım. 

 

Avropa futbolunun böyük komandaları ilə qarşılaşmaq nə deməkdir?

- Biz “Real”a, “Barselona”ya qarşı oynamaq istəyiriksə, əvvəlcə “Çelsi” və “Roma” kimi komandaları qarşı oynamağı öyrənməliyik. “Atletiko”ya qarşı matçda da meydana çıxmaq və qələbə qazanmaq üçün oynayacağıq. 

 

Çempionlar Liqasında “Qarabağ”ın hədəfi nədi?

- Qrupu başı dik şəkildə başa vurmaq. 

Tarix: 10 Oktyabr 18:00    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.