Tərlan Əhmədov onlara görə yaşıl meydana çıxdı - FOTOLAR

Azarkeşlərlə əlaqələrə xüsusi əhəmiyyət verən “Neftçi” rəhbərliyi klub bazasında “Forza “Neftçi” fan-klubunun üzvləri ilə görüşüb.

 

Sportinfo.az xəbər verir ki, əvvəlcə yaşıl meydanda qarşılaşan “neftçililər” daha sonra çay süfrəsi arxasında bir araya gəlib.

 
Dostluq atmosferində keçən yoldaşlıq oyunu “Forza “Neftçi”nin qələbəsi ilə bitib. Oyundan sonra “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın baş məşqçisi Tərlan Əhmədov və digər klub nümayəndələri “Forza “Neftçi”nin rəhbərlərindən Sübhan Əliyev və fan-klubun başqa üzvləri ilə görüşərək onları maraqlandıran məsələləri müzakirə edib.

 

Tarix: 10 Oktyabr 09:24    Oxunub: 293    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.