"Prosineçkini milliyə gətirmək fikrimiz və istəyimiz olmayıb"

Sloveniya Futbol Federasiyası Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkiylə əməkdaşlıqla bağlı məsələyə aydınlıq gətirib.

 

Sportinfo.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Matyaz Krajnik sport24.az-a açıqlamasında bu ölkənin mətbuatında millimizdən ayrılacağı gözlənilən Prosineçkinin Sloveniya yığmasını çalışdıracağı ilə bağlı gəzən iddialara cavab verib.

 

O bildirib ki, 48 yaşlı xorvatiyalı mütəxəssislə heç bir danışıq olmayıb: “Prosineçki ilə danışığımız olmayıb.

 

Çünki federasiyanın onu baş məşqçi postuna gətirmək kimi düşüncəsi də olmayıb. Sadəcə, azarkeşlər Roberti bu yerdə görmək istəyirlər. Xəbərlər həqiqəti əks etdirmir”.

Tarix: 10 Oktyabr 16:36    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.