Planımıza köklü klub olmaq, davamlı fəaliyyət göstərmək daxildi"

Futzal üzrə Azərbaycan Yüksək Liqasının debütantlarından olan “FK.İD.Futsal” keçirdiyi hər iki qarşılaşmada məğlub olsa da, əzmkarlığı, nümayiş etdirdiyi oyunla alqış qazanmağı bacarıb.

 

Sportinfo.az xəbər verir ki, xüsusilə təcrübəli EKOL-la dueldə bəxtsiz şəkildə uduzan debütantın qapıçısı Ramil Həsənzadə matçdan sonra Azərbaycan Futzal Federasiyasının “Facebook”dakı rəsmi səhifəsinə müsahibə verib.

 

Futzal oyunlarında nadir hallarda qeydə alınan hesabla uduzdunuz. 40 dəqiqənin taleyini 1 qolun həll etməsi nəyin nəticəsi idi?
- Bərabər səviyyəli oyun keçdi. Həmin qolu biz vursaydıq, qələbəni bayram edəcəkdik. Əfsuslar olsun ki, onlar kuryoz qol vurdular və 3 xalı aktivlərinə yazdırdılar. Nəticəyə gəldikdə, cəmi bir qol vurulsa da, çoxsaylı epizodlardan istifadə olunmadı.

 

EKOL təcrübə və heyətinin oturuşması baxımından sizi bir qədər qabaqlayırdı. Bu amilin həlledici olduğunu qeyd etmək olarmı?
- Bunu yox, qapıçıların çıxışını qeyd etmək istərdim. Bu qarşılaşma qapıçıların oyunu oldu və dueli Emin Kürdov qazandı. Komandası qələbəni onun sayəsində əldə etdi. Doğrudan da, qapıçı komandasının 50 faizidi.

 

Yüksək Liqada keçirdiyiniz hər iki oyunda məğlub olsanız da, yaratdığınız çoxsaylı qol epziodu ilə diqqət çəkdiniz...
- Komandamız yeni yaranıb. Buna görə də müəyyən qədər vaxt lazımdı. Çünki transferlərimiz heyətə gec qoşuldu və tam hazırlaşmaq, adaptasiya keçmək, oynayacağımız sistemi mənimsəmək üçün vaxtımız qalmadı. Yeni ilə qədər hər kəs sistemimizə alışacaq. Ola bilsin, qışda heyətimizə 1-2 əlavə futzalçı qataq. 

 

Özünüzü yeni çempionatda debütant kimi hiss edirsinizmi?
- Heç kimdən qorxmuruq, çəkinmirik. Debütant olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Rəqibin “Araz”, EKOL və ya digər komanda olmasının heç bir fərqi yoxdu. Çünki bizim də öz məqsədimiz var. Komanda oyundan oyuna inkişaf edəcək, məşqçinin sisteminə alışacaq.

 

Komandanın məqsədi nədi?
- Mükafatçılar sırasında yer almaq. Bunun üçün yola çıxmışıq, nəticələrimiz hələlik yaxşı olmasa da, oyunumuz düzgün yolda olduğumuzdan xəbər verir.

 

Adətən komanda bir neçə oyunda qələbə qazana bilməyəndə sponsorlar geri çəkilir. Sizdə də bu cür təhlükə varmı?
- Xeyr, elə bir təhlükə yoxdu. Bir il üçün yaradılmış komanda deyilik. Planımıza köklü klublardan olmaq, davamlı fəaliyyət göstərmək daxildi.

 

Yeri gəlmişkən, eşitdiyimizə görə gənc futzalçıları da komandanın hazırlıq prosesinə cəlb edirsiniz. 
- Birinci Liqada da bir komandamız çıxış edir. Orada əsasən gənclər çıxış edir. Qapıçılara özüm məşq keçirəm. Həmin komanda bizim ehtiyat qüvvəmiz olacaq. Gələcəkdə Yüksək Liqada onların da xidmətindən istifadə etməyi planlaşdırırıq. Perspektivli uşaqlar var, üzərlərində çox işləməlidilər.

Tarix: 9 Oktyabr 20:36    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.