"Atletiko" ilə oyunu BOS-da izləmək istəyənlərə "Qarabağ"dan 2 BÖYÜK JEST

"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko”nu qəbul edəcək. Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya təxminən 27-28 min bilet satılıb. 

 

Onlayn bilet əldə etmək istəyən azarkeşlər iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

 

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.


Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a bildirib ki, arenaya təşrif buyuracaq azarkeşlərin rahatlığı üçün ictimai parkinqin açılması nəzərdə tutulub. Yaxın günlərdə istifadəyə veriləcək ərazidə eyni vaxtda 3000-4000 avtomobil saxlamaq mümkün olacaq. 


Klub rəsmisinin sözlərinə görə, bu, təşkilatçılıq baxımından yeganə yenilik deyil. Eyni zamanda stadionun qarşısında izdihamın yaranmaması üçün ön buraxılış məntəqəsində ümumi yoxlama sistemi ləğv olunacaq.

 

Əlində bileti olanlar təhlükəsizlik zolağından keçəndən sonra seriyaya uyğun sektor qapılarının önündə dayanacaq və ordan istiqaməti üzrə bölüşdürələcək. Bu isə azarkeşlərin həm sərbəst, həm də əlavə problemlərlə üzləşmədən tribunada yerlərini tutmasını sürətləndirəcək.

Tarix: 9 Oktyabr 19:48    Oxunub: 444    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.