Xuanfran: “Qarabağ”ı udmağımız hər şeyi dəyişəcək”

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib.
 
Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edlən uğursuz nəticələr barədə danışıb. O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlardə qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:
 
“Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.
 
"Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.

Tarix: 9 Oktyabr 16:24    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.