"İnter"i burdan da qovdular, gəlirini əlindən aldılar - HƏNGAMƏ

Azərbaycan Beynəlxalq Bankının problemli kreditlər üzrə portfelini araşdırmaq səlahiyyəti alan "Aqrarkredit" "İnter"lə bağlı növbəti addımını atıb.

 

"İnter Arena"nı öz balansına keçirən kank olmayan kredit təşkilatı klubu daha bir gəlir mənbəyindən məhrum edib.

 

Stadionun ərazisində yerləşən otel və idman kompleksindən icarəhaqqı toplayan "Aqrarkredit" bu dəfə "Azfar"ın ödəmələrini öz hesabına yönəldib. 


Bəlli olduğu kimi, sözügedən şirkət 2 lə yaxındı "İnter Arena"nın bir hissəsini uzunmmüdətli icarəyə götürüb. Üç qapalı manej tikən "Azfar" burdan 19 il müddətinə yararlanmaq hüququna malikdi.

 

Bəzi mənbələr 30 ildən söz açsa da, hər halda klubun ovaxtkı prezidenti, həmin bu razılaşmaya qol çəkən Rəşad Qasımov saytımıza açıqlamasında anlaşmanın ömrünun 19 il olduğunu demişdi.


Şərt belə idi ki, manejlər saat 09:00-dan 18:00-dək "İnter"in akademiyasının ixtiyarında olmalıydı. "Aqrarkredit" artıq həmin vaxta da "müdaxilə edib".

 

Akademiyaya aid komandaların bir çoxu bu məntəqədən 4-cü meydançaya – üstüaçıq və istifadə müddəti çoxdan bitmiş qazona "sürgün olunub". 

Tarix: 9 Oktyabr 11:36    Oxunub: 444    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.