Azərbaycan çempionu yeni qapıçı ilə gücləndi - FOTO

Gələn həftə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək “Araz” səfər öncəsi heyətini gücləndirib. 

 

Sportinfo.az xəbər verir ki, baş məşqçi Alesio da Silvanın istəyi ilə EKOL və milli komandanın qapıçısı Emin Kürdov icarəyə götürülüb.

 

Təcrübəli qapıçı Anar Məmmədovu əvəzləyəcək. O, UEFA Kuboku oyunlarında 12 nömrəli forma altında meydana çıxacaq.

 

E.Kürdov yalnız UEFA Kuboku çərçivəsində keçiriləcək oyunlarda “Araz”a kömək edəcək, Yüksək Liqanın matçlarında isə EKOL-un qapısını qoruyacaq. 

 

Bu arada oktyabrın 9-da Rumıniyaya yollanacaq təmsilçimiz Bakı-İstanbul-Kluj reysi ilə hərəkət edəcək. “Araz”ın heyətində bu oyunçular yer alacaq: 

 

1. Rövşən Hüseynli (q), 22. Emin Kürdov (q), 4. Qabriel Bastos, 6. Eduardo Borges, 9. Karvalho dos Santos, 15. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 2. Ramil Quliyev, 14. Oktay Rüstəmli.

 

Komandamızın oyunlarının təqvimini də təqdim edirik:

11 oktyabr
Saat 17:30. “Araz” – “Mostar” (Bosniya və Herseqovina)

 

12 oktyabr
Saat 17:30. “Luxol St Andreus” (Malta) – “Araz”

 

14 oktyabr
Saat 20:00. “Araz” – “Deva” (Rumıniya)

Tarix: 8 Oktyabr 18:29    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.